Gömrük işi sahəsində biliklər əldə etmək istəyən şəxslərin nəzərinə

Xəbərlər

Bütün xəbərlər

Gömrük Akademiyasında informasiya təhlükəsizliyi ixtisası ilə bağlı təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən həyata keçirilən “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” layihəsinin təqdimatı və mövzu üzrə təlim keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov müasir dövrümüzdə kibertəhlükəsizlik sahəsi üzrə kadrlara tələbatda ciddi artımın müşahidə olunduğunu diqqətə çatdıraraq Assosiasiyası tərəfindən ölkənin kibertəhlükəsizlik sahəsində elmi-texniki və kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında bəhs edib. Ölkədə informasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti, kibercinayətkarlığa qarşı mübarizənin hüquqi əsaslarından danışılaraq sözügedən layihə əsasında üç fənn (İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri, veb təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi) üzrə müxtəlif mövzular əsasında tədris materiallarının hazırlandığı qeyd olunub. Daha sonra “YER.AZ” şirkətinin rəhbəri Rəşad Əliyev təqdimatla çıxış edərək veb təhlükəsizlik, şəbəkə təhlükəsizliyi, kibercinayətlər və onlara qarşı mübarizə, kibertəhlükəsizliyin təmin olunması barəsində ətraflı məlumat verib. İnteraktiv formatda davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

03.05.2024

Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi” (DIRNA) adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Yüvəskülə Universitetində (University of Jyväskylä) keçirilən təlim proqramında təmsil olunub. Ölkəmizin 7 ali təhsil müəssisəsinin, İtaliyanın L’Aquila Universitetin və Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndələrinin qatıldığı təlimdə Akademiyanın kitabxanasının əməkdaşı və layihə komandasının üzvü Aysel Cəfərzadə və İKT-nin Tətbiqi şöbəsinin böyük mütəxəssisi Aslan Hüseynov iştirak ediblər. Təlimin məqsədi bütövlükdə elmin və elmi tədqiqat məhsullarının əlçatanlığı üçün Avropanın qabaqcıl ali təhsil müəsissələrindən biri olan Yüvəskülə Universitetinin inkişaf etmiş İnstitusional Tədqiqat İnformasiya Sistemi, Açıq Data, Açıq Elm və Açıq Giriş konseptləri, mexanizmləri, imkanları və modellərinin, bu sahədə Yüvəskülə Universitetinin beynəlxalq əməkdaşlıq mexanizminin və təcrübəsinin öyrənilməsi olub. Səfər proqramı çərçivəsində Universitetin İnformasiya Texnologiyaları fakültəsinin əməkdaşları Kati Clements, Saana Mehtala və Universitetin Açıq Elm Mərkəzinin informasiya mütəxəssisləri Universitetin fəaliyyəti, təhsildə İKT-dən istifadəyə yanaşma, süni intellektdən istifadə, Açıq Elm Mərkəzinin fəaliyyəti, açıq girişli xidmətlər, JYX – Universitetin rəqəmsal arxivi, JYKDOK – Universitetin kitabxanasının axtarış sistemi, metaməlumatların keyfiyyəti, tədqiqat məlumatlarının idarə edilməsi kimi mühüm istiqamətlərdə müxtəlif təqdimatlarla çıxış ediblər. Səfər proqramı çərçivəsində layihənin konsorsium iclası keçirilərək, planlaşdırılmış növbəti layihə fəaliyyətləri üzrə konsorsium müzakirəsi təşkil edilib. Proqramın sonunda təlim iştirakçıları Yüvəskülə Universitetinin sertifikatları ilə təltif olunublar. 2023-2026-ci illəri əhatə edən, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ beynəlxalq konsorsium layihəsinin Finlandiya, İtaliya və Türkiyədəki üç universitetdən başqa Azərbaycanda benefisiar qurumları Xəzər Universiteti (koordinator), Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetidir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Avropa İttifaqının və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Avropa İttifaqı və EACEA onlara görə məsuliyyət daşımır.

01.05.2024

DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib. Konfransın açılış tədbirindən əvvəl iştirakçılar BMU-nun inzibati binasında Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyaraq, Ulu Öndərin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev builki konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər sırasında özünəməxsus yer tutduğunu bildirib. Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın yaşıl enerji zonası elan edildiyinə, həmin ərazilərdə görülən işlərə diqqət çəkən rektor yaşıl enerjinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu qeyd edib. Cari ilin noyabr ayında paytaxtımızın COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini deyən Yaqub Piriyev bunun beynəlxalq səviyyədə Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsi olduğunu vurğulayıb. Çıxışının sonunda rektor beynəlxalq tədbirə 9 ölkədən ümumilikdə müxtəlif elm sahələri üzrə 700-ə yaxın tezis və məqalə göndərildiyini, onlardan 548-nin konfransın proqramına daxil edildiyini bildirib. Konfransa Azərbaycanın 35-dən çox ali təhsil müəssisəsindən məruzələrin təqdim olunduğunu da deyən Yaqub Piriyev gənc tədqiqatçıların nailiyyətlərini ictimaiyyətə çatdırmaq, tədqiqat işlərinə marağın artırılması baxımından konfransın əhəmiyyətini yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirdə çıxış edərək Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi irsinin gənc tədqiqatçılar üçün böyük araşdırma mənbəyi olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində qazanılan şanlı zəfərdən sonra intellektual potensialın gücləndirilməsinə diqqətin daha da artırılmasının vacibliyini bildirib. Akademiya rəisi şəhid və qazilərimizin hərb meydanında nümayiş etdirdikləri böyük qəhrəmanlıq və fədakarlıqların ardınca ali təhsil müəssisələrinin də elm meydanında fəaliyyətləri ilə ölkəmizin gələcəyinə töhfə verə biləcəklərini vurğulayıb. Qulu Novruzov, həmçinin qabaqcıl elmi sahələrdə tədqiqatların aparılması, elmi trendlərin sürətlə dəyişməsi, yeni elmi tendensiyalar üzrə proqnozlar, qlobal elmi resurslara çıxışın təmin olunması, süni intellektin idarə olunması kimi məsələlərlə bağlı fikirlərini paylaşıb. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dövlət tərəfindən həyata keçirilən uğurlu ekoloji siyasətdən söz açıb. Azərbaycanın növbəti illər üçün sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birinin məhz “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olduğunu xüsusi vurğulayan komitə sədri qlobal iqlim dəyişiklikləri, ekoloji disbalans kimi beynəlxalq müstəvidə yer alan problemlərə diqqət çəkib. Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov isə Ümummilli liderin və Prezident İlham Əliyevin Azərbaycan elmi və təhsilinin inkişafındakı müstəsna xidmətlərinə diqqət çəkib. Şahin Bayramov konfransın əhatə etdiyi sahələrin davamlı inkişafı istiqamətində son illər atılan addımlar, eləcə də ali təhsil müəssisələrinin qarşısında duran mühüm missiya və vəzifələrdən söz açıb. Çıxışlardan sonra plenar iclasda elmi məruzələr dinlənilib və sonda məruzəçilərə sertifikatlar təqdim olunub. Qeyd edək ki, ikigünlük konfransda gənc tədqiqatçılar əsas istiqamətlər üzrə seksiyalarda məruzələrlə çıxış ediblər.

26.04.2024

Əməkdaşlıq

Elm öyrənmək heç vaxt gec deyil.

İbn Sina

Növbəti tədbirlər

Sözlük

Gömrük ödənişlərinin şərti hesablanması (ş.h) -- Tranzit mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilməli olarsa, ödənilməli olan gömrük rüsumlarının və ya vergilərinin məbləği.