Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Sustainera Solutions şirkəti ilə görüş keçirilib

Gömrük Akademiyasında Sustainera Solutions şirkəti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Sustainera Solutions şirkəti ilə əməkdaşlığa dair görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, şirkətin Peşə təhsili üzrə eksperti Səbinə Ədilova və İdarəetmə və satınalma meneceri İradə Əhmədova iştirak ediblər.

Qonaqları salamlayan Akademiyanın rəisi Qulu Novruzov Akademiyanın fəaliyyət istiqamətləri barədə məlumat verərək təhsil sahəsində əməkdaşlığın önəmindən bəhs edib.

Daha sonra Səbinə Ədilova və İradə Əhmədova şirkətlərə, dövlət qurumlarına və beynəlxalq təşkilatlara məsləhət, tədqiqat və insan potensialının artırılması xidmətləri göstərən Sustainera Solutions şirkətinin AzTuGem şirkəti ilə birgə beynəlxalq logisitka təlimləri barədə məlumat veriblər.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr aparılıb.